Bakıda mopedin minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.
Lent.az xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb.
Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Toğrul İbrahimlinin idarə etdiyi "Tufan M50" markalı, qeydiyyat nişanı olmayan mopedlə hava limanı istitqamətində hərəkət olarkən idarəetməni itirərək Zığ şossesi 17 km-də hərəkətsiz dayanmış, 1987-ci il təvəllüdlü Ələkbər Quliyevin "FORD" markalı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.