Bakıda yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 60 yaşlı Bağırov Məhəmməd Qəzənfər oğlu mayın 1-i yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılıb. O, ağır xəsarətlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Bağırovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.