Bakıda bahalı  maşın diskləri  oğurlandı
29 mart 2025 14:05 (UTC +04:00)

Bakıda bahalı maşın diskləri oğurlandı

Bakının Nizami rayonu ərazisində oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə əsasən, bir nəfərə məxsus 2000 manat dəyərində avtomobil diskləri oğurlanıb.

Polis əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən 32 yaşlı V.Əliyev, 31 yaşlı E.Tağıyev və 31 yaşlı S.Ələkbərov saxlanılıb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar