Bakıda avtobus 8 yaşlı velosipedçini  vurub öldürdü
17 sentyabr 2024 09:35 (UTC +04:00)

Bakıda avtobus 8 yaşlı velosipedçini vurub öldürdü

Bakıda marşrut avtobusu 8 yaşlı uşağı vurub.

Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Asdan Hüseynovun idarə etdiyi "İsuzu" markalı marşrut avtobusu velosipedlə hərəkətdə olan 2016-cı il təvəllüdlü Nicat Quliyevi vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900
avatar

Fidan İlqar

Oxşar yazılar