Bakıda anbardan 50 kisə duz  oğurlandı
19 aprel 2025 17:38 (UTC +04:00)

Bakıda anbardan 50 kisə duz oğurlandı

Bakının Sabunçu rayonu ərazisində yerləşən anbarların birindən 2550 manat dəyərində kompressor, skuter və 50 kisə duz oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı M.Bayramov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayonunda yerləşən evlərin birindən 760 manat dəyərində təmir alətləri və elektrik naqilini oğurlayan 37 yaşlı S.Mehdiyev, həmçinin Nizami rayonunda mağazadan 485 manat dəyərində 24 ədəd eynək oğurlayan 21 yaşlı Ş.İsmayılov da saxlanılıb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1462

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54