Bakı şəhər sakini 39 yaşlı Ramin Həsənov bu gecə saat 01:40-də idarə etdiyi "Kia Rio" markalı avtomobil ilə paytaxtın Nərimanov rayonunda hərəkətdə olan zaman idarə etməni itirib və beton dirəyə çırpılıb.
Lentə.az-ın əldə etdiyi məlumata görə, bundan sonra eyni istiqamətdə hərəkətdə olan 28 yaşlı Elman Cəbrayılovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil ilə toqquşub.
Məlumata görə, qəza nəticəsində Ramin Həsənov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Elman Cəbrayılov heç bir xəsarət almayıb.
Faktla bağlı cinayət işi başlayıb.