Bakıda 600 manatlıq lotereya   oğurlandı
29 noyabr 2022 16:57 (UTC +04:00)

Bakıda 600 manatlıq lotereya oğurlandı

Bakıda külli miqdarda lotereya oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən “Azərlotereya” məntəqəsindən 600 manat dəyərində lotereyanın oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb.

Araşdırma aparılır.

# 2208
avatar

Oxşar yazılar