Bakıda 6 yaşlı qız  alışqanla özünü yandırdı
15 iyul 2022 18:13 (UTC +04:00)

Bakıda 6 yaşlı qız alışqanla özünü yandırdı

Bakıda azyaşlı qız ağır dərəcəli yanıq xəsarətləri alıb.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Suraxanı qəsəbəsində baş verib. 6 yaşlı Ağahüseynova Zəhra Şahmar qızı yaşadıqları evin həyətində dondurma yeyirmiş. Sonra azyaşlı dondurmanın paketini əlindəki alışqanla yandırmaq istəyib. Bu zaman paket alışması nəticəsində uşağın paltarı da alovlanıb.

Nəticədə Z. Ağahüseynovanın bədəninin müxtəlif nahiyələri yanıb.

Yaralı hazırda Respublika Yanıq Mərkəzində müalicə olunur. Onun müalicəsi üçün azyaşlının adına qrup fərqi olmadan xəstəxanaya qan tələb olunur. Kömək etmək istəyənlər Respublika Yanıq Mərkəzinə üz tuta bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3312
avatar

Mehman Nəbiyev

Oxşar yazılar