Bakıda 57 min manat aliment borcu  olan iki kişi həbs olundu
04 iyun 2025 14:40 (UTC +04:00)

Bakıda 57 min manat aliment borcu olan iki kişi həbs olundu

Bakıda keçmiş həyat yoldaşlarına külli miqdarda aliment borcu yaranan 2 kişi həbs edilib.

Lent.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Salyan rayon Sarvan kənd sakini 1988-ci il təvəllüdlü A.Ağayevə 1 il 8 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, A.Ağayev boşandığı həyat yoldaşına 3 uşağa görə aylıq alimenti uzun müddət ödəməyib və 38 139 manat borcu yaranıb. Əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma (126.1-ci maddə) əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və 2019-cu ildə Əfv Sərəncamının təsir dairəsinə düşmüş şəxs məhkəmə zalındaca həbs edilib.

Oxşar hökm Binəqədi Rayon Məhkəməsi tərəfindən də çıxarılıb. Belə ki, məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü T.Əliyev 306-cı maddə üzrə təqsirli bilinərək 1 il müddətə həbs edilib. Onun keçmiş həyat yoldaşına 18 912 manat aliment borcunun yığıldığı və qarşı tərəfə uzun müddətdir ödəniş etmədiyi bildirilib. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş 46 yaşlı kişi məhkəmə zalındaca qandallanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar