Bakıda 15 yaşlı qız YOXA ÇIXDI
30 may 2023 10:38 (UTC +04:00)

Bakıda 15 yaşlı qız YOXA ÇIXDI

Bakıda 15 yaşlı qız itkin düşüb.

Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Aişən Zaur qızı Abbaslı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində 43-cü Polis Bölməsində araşdırma aparılır.

# 1302
avatar

Fidan İlqar

Oxşar yazılar