Bakı-Sumqayıt qatarına daş atıb şüşəsini qırdılar -  VİDEO
15 iyul 2022 13:12 (UTC +04:00)

Bakı-Sumqayıt qatarına daş atıb şüşəsini qırdılar - VİDEO

Hərəkətdə olan Bakı-Sumqayıt elektrik qatarına daş ataraq vaqonların şüşəsini sındıran və sərnişinlərin həyatı üçün real təhlükə yaradan azyaşlılar müəyyən ediliblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb. Nəticədə vaqonlardan birinin şüşəsi qırılıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Bu həm də qatarın hərəkətində gecikməyə səbəb olub.

Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Keçirilən tədbir nəticəsində hadisəni törədənlər müəyyən edilərək saxlanılıblar. Qatara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlər arasında ciddi narahatlığa səbəb olanlar yetkinlik yaşına çatmayanlar olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb. Polis əməkdaşları  hadisəni törədənlərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və onların diqqətinə övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu çatdırılıb.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.

Bakı-Sumqayıt qatarını daşlayıb, şüşəsini qırdılar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Mehman Nəbiyev

Oxşar yazılar