Bacı və qardaşın intiharı ilə bağlı cinayət işi açıldı
15 aprel 2021 10:29 (UTC +04:00)

Bacı və qardaşın intiharı ilə bağlı cinayət işi açıldı

Sabirabadda Kür çayında bacı və qardaşının boğulması faktı ilə bağlı cinayət işi başlanılıb.

APA xəbər verir ki, aprelin 9-da rayon sakinləri 21 yaşlı Məryəm Hüseynli və qardaşı 5 yaşlı Hüseyn Hüseynlinin Kür çayında boğulublar.

Aprelin 10-da M. Hüseynlinin, aprelin 14-də H. Hüseynlinin meyitini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tapıb.

İlkin araşdırmalarla bacı və qardaşın ehtiyatsızlıqdan Kürə yıxılaraq düşərək boğulması müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3606
avatar

Oxşar yazılar