"Azəryoltikinti"nin direktorundan 20 yaşlı biznesmenə qarşı DƏLƏDUZLUQ
06 iyul 2022 15:30 (UTC +04:00)

"Azəryoltikinti"nin direktorundan 20 yaşlı biznesmenə qarşı DƏLƏDUZLUQ

“Azəryoltikinti” MMC-nin direktoru Azər Hüseynov dələduzluqda ittiham olunur.

Bu barədə Lent.az-a zərərçəkmiş 20 yaşlı biznesmen Elvin Q. özü məlumat verib.

O bildirib ki, Sumqayıt şəhərində tikinti materiallarının satışı ilə məşğuldur:

“Azər Hüseynov ötən il mağazamıza gələrək, təxminən 5 min manatlıq izolyasiya avadanlığı olan tol alıb. 10-15 gün “Rent-a car”dan götürdüyü “Range Rover” markalı avtomobillə obyektimizə gəlib bizimlə görüşürdü. Malları müqavilə əsasında satmışdıq. Bizdə əvvəlcə məhsul sahibinə təhvil verilir, daha sonra pulu alınır. Azər Hüseynova da məhsulumuzu təhvil verdik, amma 1 ildir ki, pulumuzu ala bilmirik. Sonradan araşdırdım ki, bu adam dəfələrlə dələduzluq edib. İcarəyə götürdüyü avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi postda saxlayıb. Bu zaman gəlirəm deyərək, açarı da avtomobilin üzərində qoyub qaçıb. “Rent-a car”ın yiyəsi 2000 manat pulla gələrək avtomobili xilas edib.

Mənə qarşı edilən dələduzluqla bağlı Polis Şöbəsinə üz tutdum. Polisdən dedilər ki, mülki məsələ olduğu üçün məhkəməyə müraciət edim. Burada polislik iş olmadığı deyildi”.

Qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5383

Oxşar yazılar

Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52