Azərbaycanlı sürücünün TIR-ı yanıb kül oldu
04 mart 2025 11:04 (UTC +04:00)

Azərbaycanlı sürücünün TIR-ı yanıb kül oldu

Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi TIR yanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa şəhərinin Kule qəsəbəsində baş verib.

Məlumata görə, İzmirdən Uşaq istiqamətində hərəkətdə olan Tural Mahmudovun idarə etdiyi TIR naməlum səbəbdən alovlanmağa başlayıb. Avtomobildən tüstü çıxdığını görən sürücü dərhal özünü bayıra ata bilib.

Sürücü xəsarət almasa da, avtomobil yanaraq yararsız hala düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar