Sona Qarazadə
11 aprel 2022 12:02 (UTC +04:00)

Sona Qarazadə

Azərbaycanda tələbə qızın ÖLÜM SƏBƏBİ - YENİLƏNİB

Vəfat edən tələbənin ölüm səbəbi məlum olub.

Bu barədə Lent.az-a universitetdən məlumat verilib. Bildirilib ki, tələbə qəflətən dünyasını dəyişib:

“Sona Qarazadənin başında şiş aşkarlanıb. Çox güman ki, xərçəng olub. O, evdə qəflətən vəfat edib”.

 

 

***

11:42

 

Azərbaycan Texniki Unviersitetin tələbəsi dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə 22 yaşında qəflətən vəfat edib.

Sona Qarazadənin universitetin əlaçı tələbələrindən biri olduğu qeyd olunur.

Sona Qarazadə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5328
avatar

Aytəkin Cəlali

Oxşar yazılar