Azərbaycanda ŞOK:  Sevgilisindən ayrılan tələbə qız özünü DOĞRADI
05 dekabr 2022 11:55 (UTC +04:00)

Azərbaycanda ŞOK: Sevgilisindən ayrılan tələbə qız özünü DOĞRADI

Lənkəranda intihara cəhd olub. 

Lent.az-ın məlumatına görə, hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb.

Lənkəran Dövlət Universitetin tələbəsi, Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb. 

Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
 

# 3858
avatar

Nigar Namiq

Oxşar yazılar