Azərbaycanda polis piyadanı vurub öldürdü
27 may 2022 15:48 (UTC +04:00)

Azərbaycanda polis piyadanı vurub öldürdü

Xaçmazda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə mayın 27-də saat 4 radələrində Xaçmaz rayonunun Ləcət kəndi ərazisində qeydə alınıb. Rayon sakini A.Dadaşov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Elçin Qədiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 A. Dadaşovun polis serjantı olduğu bildirilir.

 

# 2343
avatar

Mehman Nəbiyev

Oxşar yazılar