Azərbaycanda məktəbdə bomba HƏYƏCANI
04 may 2022 11:50 (UTC +04:00)

Azərbaycanda məktəbdə bomba HƏYƏCANI

Azərbaycanda məktəblərin birində bomba olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 4-də saat 4.50-də nazirliyin “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu bağlayıb.

Dərhal Ağsu rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər  keçirib və məlumat təsdiqini tapmayıb. 

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7383
avatar

Mehman Nəbiyev

Oxşar yazılar