Azərbaycanda  DƏHŞƏT:   sahibsiz itə atəş açdı,  UŞAĞI ÖLDÜRDÜ
16 aprel 2021 10:31 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: sahibsiz itə atəş açdı, UŞAĞI ÖLDÜRDÜ

Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 13 yaşlı Nəbiyev Nihad Nicat oğlunun odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alması və aldığı xəsarətdən ayın 15-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən məlumatda bildirilib ki, aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 63 yaşlı Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3105
avatar

Oxşar yazılar