Gəncədə azyaşlı ölüb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə adlanan ərazisində baş verib. 10 yaşlı Kəlbəcər rayon sakini Ə. Əlizadə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.
Qəsəbə məktəbində təhsil alan Ə. Əlizadənin qıcolmadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.