Azərbaycanda  çoban qoyuna görə   həyatını itirdi
15 aprel 2022 16:14 (UTC +04:00)

Azərbaycanda çoban qoyuna görə həyatını itirdi

Siyəzəndə gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az-ın məlumatına görə, hadisə bu gün rayonun Beşdam kəndində baş verib. Kənddə çobanlıq edən 32 yaşlı Müzəffərov Sənan Abdul oğlu ehtiyatsızlıqdan kanala düşərək ölüb.

İlkin məlumata görə, S. Müzəffərov kanala düşən qoyunu xilas etməyə çalışırmış. Onun məhz bu səbəbdən ehtiyatsızlıqdan kanala düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 4929
avatar

Mehman Nəbiyev

Oxşar yazılar