Martın 29-da baş verən fövqəladə hallarda 2 nəfər yaralanıb, 5 nəfər xilas edilib.
FHN-dən Lent.az-a verilən məlumata görə, ötən sutka ərzində 23 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Bir nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.