Gömrükdə tapılan telefonlar
30 avqust 2021 18:42 (UTC +04:00)

Gömrükdə tapılan telefonlar

Azərbaycana gətirilən "Iphone"ləri sərhəddən keçirə bilmədi

Yük maşınında gizli şəkildə mobil telefonların ölkəyə gətirilməsinə cəhd edilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, "Samur" gömrük postunda Rusiyadan gələn, postun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən xeyli miqdarda, ümumilikdə 20 ədəd "Iphone 12 Pro Max 256 GB" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Mehman Nəbiyev

Oxşar yazılar