"AZAL" məhkəməyə verildi - SƏBƏB
21 aprel 2022 16:05 (UTC +04:00)

"AZAL" məhkəməyə verildi - SƏBƏB

“Azərbaycan Hava Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti (AZAL) məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, yoxlama zamanı “AZAL”ın gömrük qaydalarını pozması müəyyən edilib. Buna görə də "AZAL" barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Babək Pənahovun icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4836
avatar

Mehman Nəbiyev

Oxşar yazılar