Axtarılanlar siyahısında öz fotosunu görən şəxs onun keyfiyyətindən narazı olduğunu bildirib və daha cəlbedici görünən şəklini təqdim etmək qərarına gəlib. Lakin imicini yaxşılaşdırmağa çalışsa da, o, hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Lent.az-ın xəbərinə görə, bu maraqlı hadisə Britaniyada baş verib.
43 yaşlı Corc Vittaker saxta sürücülük vəsiqəsi hazırladığına görə axtarışda idi və əvvəllər 3 milyon funt sterlinq dəyərində olan Vikinq xəzinəsini oğurladığına görə cəza çəkmişdi. Polis Facebook-da Corc Vittakerin tapılmasına kömək üçün müraciət edib.
Lakin həmin şəxs axtarışda olduğu şəkli görəndən sonra hüquq-mühafizə orqanlarına saxta profildən yazaraq daha yaxşı şəklinin qoyulmasını tələb edib.
Onun polisə göndərdiyi foto yerli qəzetlərdə yayımlanıb. Bir neçə həftə sonra o, Edinburqda yaxalanıb.