"Avtoş"luq edən  daha bir motosiklet sürücüsü həbs edildi
14 avqust 2025 11:15 (UTC +04:00)

"Avtoş"luq edən daha bir motosiklet sürücüsü həbs edildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Mirəliyev Kamal Mehman oğlu saxlanılıb.

İdarədən Lent.az-a verilən məlumata görə, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Mirəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar