Astarada tələbə dənizdə boğuldu  -YENİLƏNİB
02 iyun 2025 19:18 (UTC +04:00)

Astarada tələbə dənizdə boğuldu -YENİLƏNİB

Astarada dənizdə boğularaq ölən tələbənin kimliyi məlum olub.

Lent.az-ın xəbəinrə görə, Astarada dənizdə boğularaq ölən şəxs Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarovdur.

Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirib.

Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğularaq ölüb.

***

18:59

Astarada tələbə dənizdə boğulub.

Lent.az-ın xəbərinə görə, Lerik rayon sakini, Astarada kollecdə təhsil alan şəxs çimərlikdə boğularaq ölüb.

Onun meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1280

Oxşar yazılar