Ötən gün 10 aylıq körpənin ölümü ilə bağlı TƏBİB açıqlama verib.
TƏBİB-dən Lent.az sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 1-də saat 20 radələrində oğlan uşağı komatoz vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib.
Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 20:30 radələrində körpənin ölüm faktı qeydə alınıb.
***
1 sentyabr, saat: 21:02
10 aylıq körpə hərarətdən ölüb.
Lent.az xəbər verir ki, Astara rayon Siyəkü kənd sakini 2024-cü il təvəllüdlü (10 aylıq körpə) Elcan Taleh oğlu Həsənzadənin bu gün günortadan sonra hərarəti qalxıb.
Yaxınları uşağın qidadan zəhərləndiyini düşünüb ona ərzaq sodası veriblər. Bundan sonra körpənin halı pisləşib.
Yaxınları körpəni təcili olaraq əvvəl Şükür kəndində olan xəstəxanaya, sonra isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırıblar.
Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.