Aktirsaya silahlı HÜCUM:  pulunu aldılar - FOTO
09 iyun 2023 18:17 (UTC +04:00)

Aktirsaya silahlı HÜCUM: pulunu aldılar - FOTO

Model və aktrisa Laima İrbisin 1,2 milyon rublu (təxminən 25 min manata yaxın) silahla qarət edilib.

Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 34 yaşlı aktrisa ona zərgərlik emalatxanası göstərəcəklərini vəd etdikləri deyilən dostları Artyom və Vaqanla tətilə gedib. Lakin sonradan naməlum yerdə spirtli içki qəbul etdikdən sonra onlar qızdan 1,5 milyon rubl (təxminən 20 min 800 manat) tələb edib.

İrbis Vaqanın tapança çıxardığını da iddia edir. O, Vaqanın göstərdiyi hesaba pul köçürmək istəsə də, bank köçürməni əngəlləyib. Soyğunçular kartı götürdükdən sonra yaxınlıqdakı bankomatdan pul çıxarıb və kartı qadına veriblər.

Hadisədən sonra aktrisa polisə şikayət edib. Onların axtarışları davam etdirilir.

# 1608
avatar

Oxşar yazılar