Ağdaşda SEVGİ DRAMI:  Qayınana cehizi bəyənmədi, ata toydan imtina etdi, bəy özünü asdı
25 iyul 2025 17:42 (UTC +04:00)

Ağdaşda SEVGİ DRAMI: Qayınana cehizi bəyənmədi, ata toydan imtina etdi, bəy özünü asdı

Ağdaşda faciə yaşanıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Nehrəxəlil kəndində qeydə alınıb. 

Kənd sakini, 23 yaşlı Qiyas İsmayılzadə yaşadığı evdə özünü asıb. 

Araşdırmalar zamanı məlum olub ki, Qiyas İsmayılzadənin bir neçə gün sonra toyu olacaqmış. 

Oğlanın anası gəlinin gətirdiyi cehizi bəyənmədiyi üçün narazılıq edib. Bundan xəbər tutan qızın atası toydan imtina edərək qızı oğlana verməyəcəyini bəyan edib. 

Hər şeyin alt-üst olduğunu görən Qiyas buna dözməyərək canına qəsd edib. 

Qiyasın ölüm xəbərini eşidən qızın da halı pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. Məlum olub ki, qız ağır psixoloji sarsıntı keçirib. 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2138

Oxşar yazılar