Ağdaşda piyadanı maşın vurub öldürdü
04 oktyabr 2021 11:13 (UTC +04:00)

Ağdaşda piyadanı maşın vurub öldürdü

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, oktyabrın 2-si saat 21 radələrində Ağdaş rayonu Orta Ləki kəndi ərazisində Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə piyada, həmkəndlisi Mahir Məmmədovu vurub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Mehman Nəbiyev

Oxşar yazılar