Ağdaş və Göyçay sakinlərindən odlu silahlar götürülüb
09 dekabr 2023 17:15 (UTC +04:00)

Ağdaş və Göyçay sakinlərindən odlu silahlar götürülüb

Ağdaş və Göyçay rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı Göyçay rayon sakinlərindən 3 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.

Ağdaş rayon sakini isə qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polis şöbəsinin əməkdaşlarına təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3897
avatar

Oxşar yazılar