Ağdamda yoxa çıxan kişi  TAPILDI   - YENİLƏNİB
08 iyun 2022 17:25 (UTC +04:00)

Ağdamda yoxa çıxan kişi TAPILDI - YENİLƏNİB

Ağdamda itkin düşən kişi tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Ayaq Qərvənd kənd sakini 35 yaşlı Eldar Ələkbərovun tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə o, tapılaraq, ailəsinə təhvil verilib.

***
Saat: 14:29

Ağdamda kişi itkin düşüb.

Lent.az xəbər verir ki, rayonun Ayaq Qərvənd qəsaəbə sakini 35 yaşlı Ələkbərov Eldar Ədalət oğlu yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun qardaşı E. Ələkbərov rayon Polis Şöbəsinə müraciətində bildirib.

İtkin düşən Eldar Ələkbərovun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Mehman Nəbiyev

Oxşar yazılar