"Abzas Media" işi  üzrə məhkəmə başlayır
04 dekabr 2024 17:41 (UTC +04:00)

"Abzas Media" işi üzrə məhkəmə başlayır

"Abzas Media" işi üzrə təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Lent.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatına verilib.

Xatırladaq ki, ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar