Britni Spirs həyatını kökündən dəyişmək  istəyir
04 dekabr 2024 18:47 (UTC +04:00)

Britni Spirs həyatını kökündən dəyişmək istəyir

Dekabrın 2-də müğənni Britni Spirs 43 yaşını və bununla da həyatında yeni səhifəni qeyd edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həyatını kökündən dəyişdirəcəyini deyib. O pis vərdişlərdən əl çəkmək, oğulları ilə münasibətləri yaxşılaşdırmaq və milyarder olmaq kimi iddialı məqsədlər daşıdığını deyib.

İnsayderlərin yazdığına görə, Britni indi ayıqdır, sağlam həyat tərzinə riayət edir və hətta onun pəhrizinə və sağlamlığına nəzarət edən şəxsi aşpaz və tibb işçisi də işə götürüb.

"O, ayıqdır və narkotik istifadə etmir. Hərdən bir stəkan şərab içir, lakin onun narkotik istifadəsi problemi yoxdur və ətrafında onun doğru yolda qalmasına əmin olan insanlar var", - mənbə paylaşdı.

Britni üçün əsas motivasiya onun oğulları, 19 yaşlı Şon Preston və 18 yaşlı Ceydan olub. Uzun illər qəyyumluğun itirilməsi və sosial şəbəkələrdə qalmaqalların yaratdığı ayrılıqdan sonra müğənni yenidən övladları ilə əlaqə yaradıb. İnsayderlər təsdiq edirlər ki, indi ana və oğullar arasında isti ünsiyyət var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar