Dünyanın ən gəzməli 10 şəhəri
04 dekabr 2024 15:13 (UTC +04:00)

Dünyanın ən gəzməli 10 şəhəri

“2025-ci ilin ən yaxşı şəhərləri” hesabatı açıqlanıb. London 2025-ci ilin “Dünyanın Ən Yaxşı Şəhərləri” reytinqində ardıcıl olaraq 10-cu dəfə birinci yeri tutub.
İstanbul isə siyahıda 25-ci yerdə özünə yer tapıb.

 Lent.az-ın xəbərinə görə, marketinq konsaltinq şirkəti  olan “Resonance” və araşdırma şirkəti “Ipsos” tərəfindən birgə tərtib edilən "Dünyanın Ən Yaxşı Şəhərləri 2025" hesabatında şəhərlərin yaşamaq qabiliyyəti, cəlbediciliyi və rifahı əsas götürülüb.

30 ölkədə 22 min insanın iştirak etdiyi sorğunun yer aldığı hesabata görə, dünyanın ən yaxşı 10 şəhərindən 6-sı Avropada yerləşir. Bakının adı siyahıda ilk otuzluğa düşməyib.

 İlk onluğa düşən şəhərlərin siyahısını təqdim edirik.

10. Sidney

9. Berlin

8. Barselona

7. Madrid

6. Roma

5. Sinqapur

4. Tokio

3. Paris

2. Nyu York

1. London

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar