Abşeronda dövlət tikinti şirkətinin kranı oğurlandı
01 sentyabr 2021 14:35 (UTC +04:00)

Abşeronda dövlət tikinti şirkətinin kranı oğurlandı

Abşeronda dövlət əmlakı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 6-dan 16-dək olan müddətdə Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində “Azərnəqliyyat yol tikinti” ASC-nin Mexanikiləşdirmə İdarəsinə məxsus kranı oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Muradov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Mehman Nəbiyev

Oxşar yazılar