Qarət olunan avtomobil
29 mart 2022 22:25 (UTC +04:00)

Qarət olunan avtomobil

"AA"seriyalı avtomobili qarət edən TUTULDU - FOTO

Azərbaycanda Dövlət Dram Teatrına məxsus avtomobilin qarət olunması ilə bağlı xəbər vermişdik.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə martın 26-da saat 18 radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar