AA seriyalı avtomobil  qarət olundu   - FOTO
26 mart 2022 22:20 (UTC +04:00)

AA seriyalı avtomobil qarət olundu - FOTO

Sumqayıtda avtomobil qarət edilib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 19 AA 073 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq avtomobildən içərisində, təxminən 1500 manat pul, bank kartları, şəxsiyyət, sürücülük vəsiqələri və digər sənədlər olan əl çantasını oğurlayıblar.

Avtomobil Füzuli Dram Teatrının balansında olub.

Füzuli Dram Teatrının direktoru - sürücü Vaqif Vəliyev hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Oxşar yazılar