Məhkəmə polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli barəsində qərar verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib.
Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4, 240.2.1, 240.2.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılıb.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur.
Vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun müdiridir.
***
08:50
Vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılıb.
Lent.az xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.
Xatırladaq ki, vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun direktorudur.
Qeyd edək ki, bu, son günlər həbs edilən 3-cü vəkildir.
Bundan bir neçə gün əvvəl vəkillər - Raman Abışov və Elçin Əmirovun həbs olunması barədə xəbər vermişik.