33 yaşlı qadın 1 aya yaxındır YOXA ÇIXIB - FOTO
13 iyun 2022 14:23 (UTC +04:00)

33 yaşlı qadın 1 aya yaxındır YOXA ÇIXIB - FOTO

Tovuzda qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tovuz rayon Əlibəyli kənd sakini, 33 yaşlı Günel Mürşüdova mayın 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun boyu 160 sm, orta bədən quruluşludur və ruhi xəstədir. Evdən çıxarkən onun əynində qırmızı rəngli köynək, qara rəngli şalvar və qırmızı rəngli yay ayaqqabısı olub. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94  şəhər və (070) 213-64-00  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

Günel Mürşüdova

# 2379
avatar

Mehman Nəbiyev

Oxşar yazılar