300 minlik  dələduzluqda təqsirləndirilir, vəkil tapa bilmir - MƏHKƏMƏ
28 avqust 2023 19:30 (UTC +04:00)

300 minlik dələduzluqda təqsirləndirilir, vəkil tapa bilmir - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Günay Həziyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Lent.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs maddi sıxıntılarına görə vəkillə müqavilə bağlaya bilmədiyini deyib. Bu səbəblə G. Həziyeva məhkəmənin təxirə salınmasını istəyib.

Hakim bildirib ki, təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə prosesi yubatmağa cəhd edir və bu onun üçüncü bəhanəsidir. F. Qəniyev ona sonuncu xəbərdarlıq edib və iş üzrə məhkəmə prosesi sentyabrın 4- nə təyin olunub.

İttihama görə, Bakı şəhər sakini Günay Həziyeva paytaxtda müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onların qızıl-zinət əşyalarını ələ keçirib. O, vətəndaşlara müxtəlif şirnikləndirici vədlər versə də, sonradan bu vədinə əməl etməyib. G. Həziyeva ayrı-ayrı vətəndaşlara qarşı ümumilikdə 302 min manat dələduzluqda ittiham olunur. Onun barəsində istintaq dövründə polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2263

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09