27 min voltluq  cərəyan vurdu, sağ qaldı - Hamı ŞOKDA
24 noyabr 2023 11:41 (UTC +04:00)

27 min voltluq cərəyan vurdu, sağ qaldı - Hamı ŞOKDA

Lipetsk vilayətinin Yelets şəhərində yük qatarının damına çıxan kişini elektrik cərəyanı vurub.

Lent.az Rusiya mediasına istinadən bildirir ki, depo ətrafında gəzən bir kişi yük qatarının vaqonlarından birinə qalxıb. Bu zaman o, 27 min voltluq kontakt məftilindən tutub. Zərərçəkmiş təcili yardım gələndə sağ qalıb, lakin çoxsaylı bədən xəsarətləri və yanıq xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3991

Oxşar yazılar