Ələ keçirilən narkotiklər
10 avqust 2021 10:04 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

21 kilo tiryəki Xəzər dənizində dirəyə bağladılar-FOTO

Sərhədçilər külli miqdarda narkotik ələ keçiriblər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, avqust ayının 4-də Sahil Mühafizəsi bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış bir ədəd şübhəli bağlama aşkarlanıb. Bağlamaya keçirilmiş baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram “tiryək”ə bənzər narkotik vasitə aşkar olunaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Ayın 7-də saat 23:00-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində dənizdə rezin qayıqda batma təhlükəsi ilə üzləşən 1 nəfər şəxsin köməklik göstərilməsi üçün müra­ciət etməsi barədə məlumat daxil olub. Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində üzmə vasitəsinin “Ələt” sahil nəzarəti bölməsi istiqamətində sahildən təx­minən 1 km məsafədə yerləşməsi müəyyən edilib, 2 nəfərdən ibarət heyətlə əraziyə göndərilmiş itisürətli kater tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi sakini 57 yaşlı Əsgərov Dünyamalı Əsgər oğlu xilas edilib.

Növbəti gün saat 13:50-də Xəzər dənizinin mərkəzi istiqamətində “Amburan” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən sahildən təxminən 740 metr məsafədə 1 nəfər şəxsin batma təhlükəsi ilə üzləşməsi müşahidə edilib. Qeyd olunan istiqamətə dərhal gəminin itisürətli kateri göndərilərək Bakı şəhər sakini 32 yaşlı Həşimov Vüqar Ədalət oğlu xilas edilib və onun sahilə təxliyəsi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda həbsxanada DAHA BİR ÖLÜM

Bakıda həbsxanada DAHA BİR ÖLÜM

2 iyul 2024 , 14:02
Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42
Bakıda AĞIR QƏZA:  Avtomobil piyadanı vurdu

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2 iyul 2024 , 09:50
Bakıda DƏHŞƏT:  qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏT: qadın özünü 12-ci mərtəbədən atdı

2 iyul 2024 , 09:05
Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

2 iyul 2024 , 08:04
Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

1 iyul 2024 , 18:31
Azərbaycanda HOTELDƏ ÖLÜM

Azərbaycanda HOTELDƏ ÖLÜM

1 iyul 2024 , 17:54