2 yaşlı uşaq 16-cı mərtəbədən  yıxılıb öldü
09 iyun 2025 16:30 (UTC +04:00)

2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü

Rusiyanın Moskva vilayətində 2 yaşlı uşaq binadan yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Leninski şəhər rayonunun Drojjino kəndində baş verib.

Qırğızıstan vətəndaşı olan valideynlər oğluna baxa bilməyiblər və o, ehtiyatsızlıqdan 16-cı mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılıb. Uşaq aldığı xəsarətlərdən yerindəcə keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar