Bakıda 4 nəfəri əqrəb sancıb
26 iyul 2012 11:31 (UTC +04:00)

Bakıda 4 nəfəri əqrəb sancıb

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın Lent.az-a verdiyi məlumata görə, həmin şəxslərdən biri uşaq olub və o, xəstəxanaya yerləşdirilib: “Bundan başqa, 32 yaşlı bir qadın 2-ci yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Digər iki nəfərə isə yerində tibbi yardım göstərilib”.

Z. Vahidovanın sözlərinə görə, dünən həmçinin iki suda boğulma hadisəsi baş verib: “Hadisədən biri qeyri-qanuni fəaliyyət göstərən Ələt çimərliyində baş verib. Həmin şəxsin sudan meyitini çıxarıblar. Buzovna çimərliyində suda boğulan qadın isə Sabunçu rayon xəstəxanasına yerləşdirilib”.

Həkim onu da vurğulayıb ki, iyulun 25-də paytaxtda 4 əqrəb sancması qeydə alınıb: “Həmin hadisədən 3-ü Qaradağ rayonu ərazisində, 1-i isə Sulutəpə qəsəbəsində baş verib”.

Anar Məcidzadə
# 1451

Oxşar yazılar