Azərbaycanın bu ərazilərində yağış yağıb, külək güclənib
24 aprel 2024 09:15 (UTC +04:00)

Azərbaycanın bu ərazilərində yağış yağıb, külək güclənib

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qəbələdə 9 mm, Qax, Qrız, Ağsu, Şamaxı, Qobustan, Şahbuz, Bakıda və Abşeron yarımadasında 3 mm-dək olub.

Aprelin 23-də şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 27, Aran rayonlarında 31, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti olub.

# 2043
avatar

Oxşar yazılar