Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Asif Məhərrəmov (Fred Asif)
26 iyul 2012 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Asif Məhərrəmov (Fred Asif)

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

26 iyul Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür.
Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.
# 876

Oxşar yazılar