Azərbaycanda daha bir  keçmiş deputat   vəfat etdi
17 aprel 2024 14:36 (UTC +04:00)

Azərbaycanda daha bir keçmiş deputat vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.

Bu barədə Lent.az-a universitetdən xəbər verilib.



Qeyd edək ki, İsgəndər Quliyev 1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. “91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

# 2901
avatar

Oxşar yazılar