“İdeal” qəzetinin sahibinin məhkəməsi keçirilib
Sentyabrın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə “İdeal” qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyev barəsində irəli sürülən növbəti ittiham üzrə hazırlıq iclası keçirilib. Lent.az-ın məlumata görə, hakim Azər Orucovun sədrliyi ilə keçən iclasda məhkəmə baxışı sentyabrın 29-a təyin olunub.
Qeyd edək ki, N. Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirli bilinib.
Nəsimi rayon məhkəməsinin 20 may 2009-cu il tarixli qərarı ilə N.Quliyevə Cinayət Məcəlləsinin 147.2 (böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)) maddəsi üzrə bəraət verilib. Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə isə o, təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Adıçəkilən məhkəmə prosesi “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və “Qarabağın Həcəri” kimi tanınan Səbirə Mahmudovanın iddiası əsasında keçirilib.
Fərid Əkbərov

Oxşar yazılar

Salyanda maşın motosikletlə toqquşdu
13 may 2025 , 09:23
Gəncədə 18 yaşlı oğlan ölümcül xəsarət aldı
13 may 2025 , 08:10
Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
12 may 2025 , 23:28
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil öldü
12 may 2025 , 23:01
Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı - YENİLƏNİB
12 may 2025 , 22:47
Cəlilabadda FACİƏ: atdan yıxılıb öldü
12 may 2025 , 22:19Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı
12 may 2025 , 21:13